3 sadə suala cavab verin
biz də Sizin üçün uyğun profnastil seçək
Tam məsləhət almaq və sual vermək üçün müraciət edin
Müraciət etİstehsal etdiyimiz profnastillər:
1,0-3,0 mm qalınlığında polad profnastil
Kifayət qədər böyük tələbata sahib olan universal tikinti materialıdır. Ondan həm inşaat konstruksiyalarının üst-üstə örtmələri və gücləndirilməsi üçün əsas qismində, həm də dam örtüyü, divarların üzlənməsi və digər həllər üçün istifadə etmək olar.

ÜSTÜNLÜKLƏRİ:
- Yüksək daşıyıcılıq qabiliyyəti
- Möhkəmlik
- İstismar müddəti
- Çatma sisteminin istehsalı üçün xərclərin azalması
İSTİFADƏ SAHƏLƏRİ:
- Bünövrə işləri
- YEK, İES, DRES obyektləri
- Blok-konteynerlər, xüsusi texnika
- YEK, DİN, HSK qoruyucu çəpərləri
- Transformator yarımstansiyalarının şəbəkələnməsi
0,5-2,5 mm qalınlığında müxtəlif marka və ərintilərdən alüminium profnastil
Dünyada istehsal olunan alüminiumun 25%-i inşaatda istifadə olunur. Alüminium konstruksiyaların minimal hesablanmış xidmət müddəti 80 il təşkil edir. Alüminium istənilən iqlim şəraitində istifadə olunmaqla yanaşı -80°C-dən +300°C-dək olan temperatur diapazonunda öz xüsusiyyətlərini qoruyub saxlayır. Alüminiumdan hazırlanmış qurğular yanğınlar zamanı dağılmaya az məruz qalır, aşağı temperaturlarda isə bu metal daha da möhkəm olur. “ZNMİ” MMC topdan qiymətə AMQ2M, AD1N, AMQ2N, AD1N2 alüminium proflistlər əldə etmək imkanını təqdim edir.

ÜSTÜNLÜKLƏRİ:
- Korroziyaya qarşı yüksək davamlılıq, ekoloji təmiz
- Əhəmiyyətli dərəcədə yüksək istismar müddəti – birbaşa UBŞ nəticəsində dağılmaya məruz qalmır, yüksək və aşağı temperaturlara qarşı yüksək davamlılığa malikdir və s.
- Yüngüllük (rahat quraşdırma, üst-üstə örtmələrə təsir edən minimum güc tələb etmir)
İSTİFADƏ SAHƏLƏRİ:
- İnşaat
- Aqressiv mühitə malik obyektlər
- Gəmiqayırma, aviasiya, avtomobilqayırma
- Qida sənayesi
0,5-1,5 mm qalınlığında müxtəlif marka və ərintilərdən olan paslanmayan profnastil
Paslanmayan polad – metal üzərində yaranan korroziya prosesinin sürətini yavaşladan və ya onun yaranmasının qarşısını alan müxtəlif qatqıların əlavə edildiyi poladdan hazırlanan materialdır. “ZNMİ” MMC istehsalçının topdan qiymətinə AISI 409, 430, 304, 316, 321 paslanmayan proflistlər əldə etmək imkanını təqdim edir.

ÜSTÜNLÜKLƏRİ:
- Yüngüllük, möhkəmlik, uzun xidmət müddəti
- Təkrar emal qabiliyyəti, funksionallıq
- Odadavamlılıq, korroziyaya qarşı davamlılıq
- İstənilən formanı ala bilmə qabiliyyəti
- Müxtəlif emal formaları üçün uyğundur
İSTİFADƏ SAHƏLƏRİ:
- Kimya sənayesi
- Sellüloz sənayesi
- Əczaçılıq
- Maşınqayırma
2-3 mm qalınlığında qoruyucu çəpərlər
Profnastil Antiterror 3 mm qalınlığında 08PS poladdan hazırlanır. Bu, onun əsas xüsusiyyətlərini gücləndirməyə imkan yaratmaqla yanaşı etibarlı müdafiə, uzun xidmət müddəti, möhkəmlik və odadavamlılığa zəmanət verir. Məhsul bütün parametrlərinə görə QOST-a uyğundur. Əsas keyfiyyət göstəricilərini qorumaqla dar şəhər küçələri və sıx yaşayış tikintisi olan şərtlərdə konstruksiyalarının yüksək manevrliliyi bu məhsulun əsas xüsusiyyətidir.

ÜSTÜNLÜKLƏRİ:
- Uzun xidmət müddəti
- Odadavamlılıq, qeyri-toksiklik
- Korroziyaya qarşı davamlılıq, möhkəmlik
- Müxtəlif emal formaları üçün uyğundur
İSTİFADƏ SAHƏLƏRİ:
- Antiterror müdafiə
- Daşınma təhlükəsizliyi
- YEK, DİN, CİFX obyektlərinin təhlükəsizliyi
- Su təchizatı/su ayırma obyektlərinin təhlükəsizliyi
Konteynerlər üçün ehtiyat hissələri (üzləmə vərəqləri, karkasın əymə hissələri)
İri tonnajlı konteynerlər üçün ehtiyat hissələri yalnız istehsalat və ya yenidən təchizat prosesində deyil, həm də uzun müddətli istismardan sonra da lazımdır. 20ft və 40ft futluq taralar zamanla köhnəlir və adətən əvəzlənməli olur. Fitinqlər, dam və divar vərəqləri, çərçivələr və tirlər kimi elementlər daşıyıcı obyektlər olmaqla yanaşı ya dəniz quru yük konteynerlərinin və ya onların bazasında olan analoji konstruksiyaların istehsalı, yaxud da modernləşdirilməsində istifadə olunur. “ZNMİ” MMC komandası konteyner üçün zəruri ehtiyat hissələrinin seçimində kömək göstərə və ya standart elementlər dəsti olan və cizgilərə əsasən sifarişlə hazırlanmış yeni bir konteyneri tam komplektləşdirə bilər.

0,5-2,0 mm qalınlığında müxtəlif marka və ərintilərdən dalğavari profnastil
Dalğavari qofr vərəqə istehsalatda istifadə olunan və 0,5-2,0 mm qalınlığında olan bütün metal və ərintilərdən (“qara”, sinklənmiş, alüminium, paslanmayan polad) soyuq prokat üsulu ilə istehsal olunur. Prokat eninə, yəni rulonun qısa tərəfi boyunca istehsal olunur, buna görə də hazır məmulatları təkcə vərəq deyil, həm də buxta (rulon) şəklində tədarük etmək mümkündür.

ÜSTÜNLÜKLƏRİ:
- Yüngüllük
- Uzun xidmət müddəti
- Möhkəmlik
İSTİFADƏ SAHƏLƏRİ:
- Bina və tikililərin dizaynı
- Neft-qaz sənayesi boru kəmərlərinin mühafizəsi və istilik izolyasiyası məqsədi ilə sarınması
1,0 mm qalınlığında yığma elementləri
Yığma elementləri – istənilən tikilinin ayrılmaz hissəsidir. Bu elementlər sendviç-panellər, dam örtükləri və fasad elementləri üçün profnastildən hazırlanır. Fasonlu elementlərin istifadə sahəsi sonsuzdur. Bura pəncərə, darvaza, qapı, fasadlar və s. aid etmək olar. Müxtəlif növ künc reykaları, güşəciklər, birləşmə elementləri və digər yığma elementləri – bütün bunlar fasonlu elementlərə aiddir. “ZNMİ” MMC istehsalatda istifadə olunan və 1,0 mm-dək qalınlıqda olan bütün növ materiallardan (sinklənmiş, alüminium, paslanmayan polad) yığma (fasonlu) elementləri istehsal edir və onları RAL kataloqunun palitrasına uyğun olaraq boyayır.


RAL KATALOQU ÜZRƏ BOYAMA
“ZNMİ” MMC profillənmiş vərəqin və yığma elementlərinin toz boyanması üzrə xidmətlər göstərir ki, bura proflistin ən geniş və müxtəlif rəng çalarları daxildir.
Həlledici əsaslı boyalara nisbətdə toz örtüklərinin üstünlükləri:
• Ekoloji təmiz və tullantısız boyama texnologiyası
• Maksimum hamar və düz örtük
• Hətta ən kritik hava şəraitində belə örtüyün uzunömürlülüyü və möhkəmliyi 50 ilədək təşkil edir
• Toz örtüyünün möhkəmliyi daşınma zamanı boyanmış məmulatların zədələnmələrini minimuma endirir

0,5-2,0 mm qalınlığında poladdan, alüminiumdan, paslanmayan poladdan perforasiya edilmiş profnastil.
Perforasiya edilmiş profnastil (perforasiya edilmiş profillənmiş vərəq, perforasiya edilmiş prof vərəq) – təyin edilmiş profilli perforasiya edilmiş vərəqdir. Proflistin üzərində yerləşən perforasiya sayəsində səs onun səthindən ekranlanmır, əvəzində isə birbaşa isidiciyə nüfuz edir, burada da o, sonradan udulur.

ÜSTÜNLÜKLƏRİ:
- Yüngüllük
- Uzun xidmət müddəti
- Möhkəmlik
İSTİFADƏ SAHƏLƏRİ:
- Səsuducu ekranlar (avtomagistral, dəmir yolları boyunca, müəssisələrdə)
- Hasarlar və çəpərlər
- Səsuducu divar panelləri
- Sənaye tavanları
- Bina və tikililərin fasadlarının üzlənməsi zamanı dizayn həlləri qismində
15 ildən artıq təcrübəyə malik peşəkarlar komandası
Zavod fəaliyyətinə 2003-cü ildə metal prokatı və boru məhsullarının tədarükçüsü kimi başlanmışdır. 2011-ci ildə biz əymə profillərin istehsalına başlamışıq.
“ZNMİ” MMC qeyri-standart metal məmulatları zavodu olmaqla aşağıdakı məmulatların istehsalı üzrə ixtisaslaşmış bir müəssisədir:
- - тsoyuq və isti prokat üsulu ilə hazırlanmış qara və sinklənmiş poladdan qalın vərəqli profnastil
- - paslanmayan poladdan və alüminium ərintilərdən hazırlanmış profnastil
- - yuxarəda qeyd olunan məhsullar üçün yığma elementləri
ZNMİ” MMC-nin fəaliyyətinin digər bir istiqaməti isə müxtəlif sahələr üçün yüngül metal konstruksiyaların istehsalı, maşınqayırma və cihazqayırma sahələri üçün müxtəlif detalların buraxılmasıdır.
Əməkdaşlığa başlaMəhsullarımızın ətraflı kataloqunu əldə edin →
“ZNMİ” MMC-nin əlaqə vasitələri
OFİS:
456440, Çelyabinsk vil., Çebarkul şəh., Krılov küç., ev 4, mərtəbə 4, otaq 17
İSTEHSAL ÜNVANI:
456550, Çelyabinsk vilayəti, Korkinski rayonu, Korkino şəhəri, Smeşannaya küçəsi, ev 3
Çoxillik iş təcrübəsi olan peşəkarlara etibar edin
Müraciət edin və ən qısa zamanda Sizi maraqlandıran bütün suallara cavab alın